Bəhreyndə dinlərarası sammitdə çıxış edən Roma Papası Fransisk çıxışının böyük hissəsini dünyada müharibələrlə bağlı vəziyyətə həsr edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Vatikan kilsəsi məlumat yayıb.
"Dar maraqların və müharibələrin hökm sürdüyü dünyada dini liderlər yaxşı nümunə göstərməli və müharibədən əziyyət çəkən insan ailəmizi ruhlandırmaq və onlara kömək etməyi öhdələrinə götürməlidirlər. İki dəhşətli dünya müharibəsindən, onilliklər boyu dünyanı gərginlikdə saxlayan soyuq müharibədən, dünyanın bütün guşələrində baş verən fəlakətli münaqişələrdən və ittihamlar, təhdidlər və qınaqların ortasında biz hələ də bir təhlükənin kənarında olmağa davam edirik", - Papa Fransisk bildirib.