Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmalı olduğunu vurğulayıb.
O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.