Pekindən Zəngəzur dəhlizinə uzanan yol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Pekində Azərbaycan və Çin arasında imzalanan 21 sənəd, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və daha da inkişaf etdirilməsinə töhfə verəcək. İmzalanan sənədlərin əhəmiyyəti bir neçə əsas sahədə özünü göstərir. 
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan Azərbaycan Çin münasibətlərinin tarixi keçmişi ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə mütəşəkkil tapmışdır. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafı üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkələrimiz arasında iqtisadi əlaqələr məhz ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir. Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır.
 Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkənin enerji, nəqliyyat sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyi və logistika, daşınmaların səmərəliliyinin artırılmasına dəstəyin yer aldığı bəyanatda  Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişə diqqət çəkilib. Bildirilib ki, Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin, yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılması və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Cənab Prezident İlham Əliyevin Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan-Çin sənədləri də bunu deməyə əsas verir ki, ölkəmizlə əlaqələrin qurulmasında qarşı tərəf də olduqca maraqlıdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı