Pelleqrini: "Messini zərərsizləşdirsək belə..."

"Ötən mövsüm "Barselona" ilə qarşılaşdığımız zaman çox şey fərqli idi. Çox ağır matç qrafikindən sonra Kataloniya klubu ilə qarşılaşmışdıq. Bu il daha fərqli oyun nümayiş etdirəcəyimizə inanıram. Komandam yaxşı formadadır, amma çox güclü rəqibə qarşı oynayacağımızın fərqindəyik". Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının  1/8 finalında "Barselona" ilə ilk matç öncəsi deyib. M.Pelleqrini "Barselona"nın qol silahı Lionel Messini zərərsizləşdirməyin çətin olduğunu bildirib: "O, dünyanın ən yaxşı futbolçusudur. Messini zərərsizləşdirməyi düşünmürük. Onu zərərsizləşdirsək belə, başqa yaxşı futbolçular da var.  Topa daha çox sahib olmaq istəyirik. Yaxşı ötürmələrlə rəqibimizə çətinlik yaratmağa çalışacağıq".