Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəbul proqramına uyğun olaraq növbəti dəfə seçiciləri ilə görüşüb. Sabahinfo az xəbər verir ki, Bakının Xətai rayonunda, Mədinə Gülgün küçəsi 1 ünvanında yerləşən 63 saylı orta məktəbdə və 8 noyabr küçəsi 36 ünvanında yerləşən “Zərifə xeyir-şər” evində keçirilən görüşlərdə ümumilikdə, 37 nəfər iştirak edib.
Qəbul zananı qaldırılan məsələlərin həlli ilə bağlı qeydlər aparılıb.
Qeyd edək ki, Millət vəkilinin görüşləri davamlı olaraq həyata keçirilir.
Vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz:
+994558113330
+994708113330