Peskov: Zəngəzur dəhlizi Azərbaycanın və Ermənistanın suveren işidir

Zəngəzur dəhlizi məsələsi Azərbaycanın və Ermənistanın suveren işidir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya iki ölkə arasında danışıqlara hər cür dəstək verir.