Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus peyvəndi vurulduqdan sonra özünü yaxşı hiss etdiyini deyib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 28 gündən sonra ikinci dozanı qəbul edəcək: “Peyvəndin hər hansı yan təsirləri yoxdur, özümü çox yaxşı hiss edirəm, 28 gün ərzində ikinci dozanı qəbul edəcəyəm".
Xatırladaq ki, Türkiyədə yanvarın 14-dən Çinin SinoVac şirkətinin vaksinləri ilə koronavirusa qarşı peyvəndlənmə başlayıb. Dörd mərhələdə reallaşacaq peyvəndi ilkin olaraq həkimlər və risk qrupuna daxil olanlar alacaq. Birinci mərhələdə 9 milyona yaxın insan peyvəndlə əhatə olunacaq. İlk iki gündə təxminən 500 min nəfər peyvənd olunub.