İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mediaya açıqlama verib.
Sabahinfo.az xəbər verir ki, o, açıqlamasında SEPAH-ın liderlərindən biri olan İsmayıl Haniyənin ölümü ilə bağlı danışıb:
"Haniyənin öldürülməsi İsrail rejiminin ən böyük səhvi idi. Sionistlər tərəfindən baş vermiş bu çirkin hadisə heç vaxt cavabsız qalmayacaq",- Pezeşkian qeyd edib.
İranın xarici siyasətində regionda və dünyada sabitliyi prioritet hesab etdiyini bildirən Pezeşkian İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.