Prezident bu sazişləri təsdiqlədi

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il mayın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısının digər Fərmanı ilə 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Fərmanda bildirilib ki, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Eyni zamanda, 2024-cü il mayın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Prezidentin digər Fərmanları ilə 2024-cü il mayın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Hər dörd sazişin qüvvəyə minməsi ilə bağlı Xarici İşlər Nazirliyinə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb