Prezident: "Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var"

Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var.

Sabahinfo.az bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbulu zamanı səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.