Prezident rektoru vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Sabahinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Digər bir sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.