Sabahinfo.az–ın məlumatına görə, İlham Əliyev təbrik məktubunda deyib:
"Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha
da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi
istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına
töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
Yunanıstan xalqına daim sülh və rifah diləyirəm".