Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov "Gömrük Biznes Forumu 2025" adlı tədbirdə deyib.
O bildirib ki, 2021-2024-cü illərdə Azərbaynanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.
"Eyni zamanda dövlət özəl tərəfdaşlıq mexanizmləri və aparlan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir", - Şahmar Mövsümov qeyd edib.