Putin nəvələri üçün Yeni il hədiyyələrini necə seçməsindən danışıb

Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə müsahibəsi zamanı nəvələri üçün Yeni il hədiyyələrini necə seçməsindən danışıb.

O, bildirib ki, nəvələri üçün hədiyyələri özü seçir.

“Təəssüf ki, mən mağazaları gəzə bilmirəm. Amma indi başqa yollarla nə isə seçmək imkanı var. Mən də bunu özüm etməyə çalışıram və ümid edirəm ki, bəyənəcəklər”, - deyə o, jurnalistin müvafiq sualına cavab verərkən bildirib.