Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl onun haqqında yayımlanmış filmə baxmadığını bildirib.
Trend-in məlumatına görə, bunu Rusiya prezidenti "Tələbə Günü" münasibətilə tələbələrlə görüşü zamanı deyib.
O bildirib ki, müxalif Aleksey Navalnının təqdim etdiyi filmdə qeyd olunan faktlar həqiqəti əks etdirmir:
"Həmin filmə baxmamışam, sadəcə köməkçilərimin təqdim etdiyi videoçarxları görmüşəm. Orada göstərilən heç bir şey nə mənim, nə də yaxın qohumlarımın əmlakı deyil və olmayıb".
V.Putin heç vaxt bizneslə məşğul olmadığını da vurğulayıb:
"Biznes mənə heç vaxt maraqlı olmayıb. Amma Donald Tramp, Pyotr Poroşenko kimi bu sahədə məşğul olan həmkarlarım olub".