Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları barədə fərman imzalayıb.
Sabahinfo.az-ın məlumatına görə, Rusiya prezidenti bunu aviasiya sahəsində vəziyyətlə bağlı iclasın açılışı zamanı deyib.
O bildirib ki, yeni qaydalara əsasən, Rusiyaya dost münasibəti sərgiləməyən Qərb ölkələri təbii qazın ödənişi üçün Rusiya banklarında rubl hesabları açmalıdır.
"Biz bu ölkələrə aydın və şəffaf sxem təklif edirik: Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdır. Aprelin 1-dən başlayaraq məhz bu hesablardan ödənişlər həyata keçiriləcək", - V.Putin deyib.