Putin: “Rusiyanı zəiflətmək istəyirlər”

Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyənlər var.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ölkəyə qarşı məhdudlaşdırma siyasəti aparılır.

“Söhbət beynəlxalq münasibətlər üçün təbii olan rəqabətdən deyil, Rusiyanın inkişafını pozmağa və ləngitməyə, problemlər yaratmağa, daxili qeyri-sabitliyi təhrik etməyə, cəmiyyətimizi birləşdirən dəyərləri alt-üst etməyə yönəlmiş ardıcıl və çox aqressiv bir xəttdən gedir. Nəticədə Rusiyanı zəiflədib, xarici nəzarət altına vermək istəyirlər, bunun postsovet məkanındakı bəzi ölkələrdə baş verdiyini bilirik", - deyə Putin vurğulayıb.