“Taxıl sazişi”ni bərpa etməyə hazırıq”.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir: “Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”.