Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı mövcud məsələlər müzakirə olunacaq.