Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqları başa çatıb.
Sabahinfo.az xəbər verir ki, Kremldə keçirilən danışıqlar 5 saata yaxın davam edib.
***
00:55
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü təxminən dörd saatdır ki, davam edir.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, görüşün bitmə vaxtı hələ açıqlanmayıb.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edir.
XXX
02 dekabr, 21:02
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başlayıb.
Sabahinfo.az bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.
Tərəflər Rusiya‑Ukrayna müharibəsinin həlli yollarını, xüsusilə münaqişənin nizamlanması üzrə Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə edəcəklər.
Görüşdə, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.