Xəbər verdiyimiz kimi, iyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində 2025-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.
Sabahinfo.az-ın məlumatına görə, Kollegiya iclasında qeyd olunub ki, ötən yarımildə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb, bu məqsədlə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.