Qarabağdakı soydaşlarımızın Ermənistan Respublikasında qalması üçün hər şeyi edəcəyik.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşin hökumətin bu gün keçirilən iclasında deyib.
"Bu, çox mühüm sənəddir, biz istəyirik ki, istisnasız olaraq hamı Ermənistan Respublikasında qalsın, yaşasın və işləsin və bizim siyasətimiz belə olacaq. Mən hər gün Qarabağdan olan ermənilərin neçəsinin Ermənistan Respublikasını tərk etdiyinin rəqəmlərini alıram, indiyə qədər 2500-ə yaxın adam Ermənistanı tərk edib", - deyə Paşinyan qeyd edib.