Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək - Nazir açıqladı

"Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır".

Sabahinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.