ATƏT-in Minsk qrupu İrəvanı və Bakını qarşılıqlı etibarın möhkəmləndirilməsinə kömək etməyə çağırır.
Bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. O, erməni saytına müsahibəsində deyib ki, biz etibar yaratmağa, insanları yaxınlaşdırmağa kömək edəcək istənilən addımların qəbulunda maraqlıyıq: "Sözsüz, problemlər var, bunlar yalnız hökumətlər səviyyəsində müzakirə olunur. Biz bu məsələlərin həllində irəliləyişin olmasını çox istəyirik. Ancaq elə məsələlər var ki, sərhəd çərçivəsindən kənara çıxılır. Biz ermənilər və azərbaycanlılar arasında əlaqələri və görüşləri alqışlayırıq. Biz ümid edirik ki, erməni idmançıları Bakıda Avropa Oyunlarında iştirak edəcəklər. Çünki belə ünsiyyətlər faydalıdır."
C.Uorlikin sözlərinə görə, həll yolunda maneənin qalmasını istəmirik. İnsanlar arasında əlaqələr uzunmüddətli nizama salmanın nailiyyəti üçün əhəmiyyətli mənaya malikdir. Şübhəsiz, sülh razılaşmasının imzalanacağı gün gələcək. Bu, yalnız Ermənistana və Azərbaycana yox, bütövlükdə regiona lazımdır. Ancaq, bunun kağız üzərində qalmasını istəməzdik. Əsas razılığa kömək etmək, etibar üçün əsas yaratmaqdır. Bizim işimiz bu məsələlərə tuşlanmalıdır".