Qarabağda yol çəkənlərin 7 minə yaxını Türkiyə vətəndaşıdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər 38 726 nəfər Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, davamlı olaraq yol infrastrukturu layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni işçilərlə bağlı da icazələrin alınması davam etdirilir. Yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən istifadə olunur.