“Dağlıq Qarabağın müstəqilliyini heç kəs, Ermənistanın özü də tanımayıb”.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbəri bildirib ki, Rusiyanın da belə bir niyyəti yoxdur:
“Bizim Dağlıq Qarabağın müstəqilliyini tanımaq niyyətimiz yoxdur. Regiondakı bütün problemlər danışıqlar yolu ilə həllini tapmalıdır”.