Qaradağ rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi ilə bağlı silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Zaur Şükürov, Anar İsgəndərov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirlər Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi ilə başlayıb.
İlk öncə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri, sonra isə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış rayon ictimaiyyəti nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildiriblər.
Mərasim çərçivəsində, xalqımızın Ümummilli Liderinə olan hörmətinin və sevgisinin daha bir nümunəsi olaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qaradağ Mərasim Zalında Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb. Bu, xalqımızın mənəvi bağlılığını, Ulu Öndərin həyatına və irsinə olan sonsuz ehtiramını nümayiş etdirən bir mərasim olub.
Xalqımız Heydər Əliyevin rəhbərliyi altında əldə etdiyi müstəqilliyi və inkişafı heç vaxt unutmur və onun mirasını daima yaşadır. Bu gün də hər birimizin qəlbində Ulu Öndərin xatirəsi və ideyaları yaşayır, onun işıqlı yolu ilə irəliləyirik.
Sonda, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov icra hakimiyyətinin nümayəndələri ilə birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.