Qaribaşvili Osmani ilə görüşdü

Tbilisidə səfərdə olan ATƏT-in baş katibi, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüş zamanı ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri və Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqi müzakirə edilib. Tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı Şimali Makedoniya xarici işlər nazirinin ATƏT-ə sədrliyi dövründə Gürcüstana səfər etməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də toxunulub. İrakli Qaribaşvili Bujar Osmaniyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.