18 iyul 2024-cü il tarixində Tədbir “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qax rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olundu.
Tədbiri “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi sədri İradə Nəsirova acaraq bildirdi ki, Azərbaycan Respublikasında son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin, o cümlədən ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
Həyata keçirilən tədbirlərin əhəmiyyətini, ahılların hüquqlarının qorunmasını və sosial müdafiəsinin aktuallığını, dünya ölkələrinin bir çoxunda olduğu kimi, ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Ahıl vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi sahəsində tədbirlər həyata keçirilir. Bizim keçirdiyimiz bu tədbir də az da olsa sizin üçün faydalı olmasını istəyirik . Psixoloq Arzu Səlim ahıllar arasında sorğu keçirərək belə bir sualla müraciət etdi, sizcə yaş nəyə əngəl deyil ?
İlk olaraq Bədəlova Ofelya xanım cavab verərək bildirdi kı, yaş sevgigə əngəl deyil.Başqa ahıllar da bu sual- cavabda fəal iştirak etdilər. Ahıllarla bir arada olub onları dinləmək , empati qurmaq işin əsas prinsiplərindən idi. Onlarla ünsiyyətdə olub, ən aktual mövzuları onlarla müzakirə etmək, düşüncələri bölüşmək işin ən maraqlı tərəfi idi. Qax rayonunda keçirilən tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi sədri İradə Nəsirova , layihə rəhbəri Yeganə Ağazadə, psixoloq Arzu Səlim, “Gələcəyə Baxış”Aİ ictimai birliyinin sədri Bəsti Nəsibova iştirak etdilər.