Qərb ölkələrinin parlamentlərinin, yaxud da yüksəkrütbəli rəsmilərinin İrəvana səfəri zamanı Azərbaycana qarşı təzyiq xarakterli qərəzli, absurd fikirlərə əsaslanan bəyanatlar verməsi və ya hansısa sənəd qəbul etməsi nəticə etibarilə iflasa uğrayacaq.
Bunu Ölkə.Az-a açıqlamasında deputat Məşhur Məmmədov deyib.
Deputat bildirib ki, İrəvana səfər edən Qərb ölkələrinin rəsmiləri Bakının ünvanına beynəlxalq hüquqa zidd bəyanatlar verməklə kifayətlənmirlər, həm də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd bölgəsinə gəlib binoklla bölgəni müşahidə edirlər.
“Məsələn, bu günlərdə İrəvanda səfərdə olan Kanada xarici işlər naziri Melani Colinin Dərələyəz, Basarkeçərdə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi, onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Gözləri ilə qarşılarındakı həqiqəti və reallığı görməyənlərin binoklla bunu görməsi qeyri-mümkündür.
Çünki Kanada Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayanda, maddi-mədəni irsini vandallıqla məhv edəndə, insanları öz yurdlarında vəhşicəsinə deportasiyaya məruz qoyanda, Xocalıda soyqırımı və digər insanlığa sığmayan hərbi cinayətlər törədəndə ağzına su alıb susub. Lakin Qərb ölkələrinin Azərbaycanın öz gücünə beynəlxalq təşkilatların Ermənistanın işğalına son verilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin, o cümlədən beynəlxalq hüquq qaydalarına uyğun şəkildə öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsinə belə qərəzli mövqe sərgiləməsi, onların bölgədə dayanıqlı sülhdə maraqlı olmadığını göstərir. Əgər belə olmasaydı Qərb ölkələri sülhün əldə olunması üçün o zaman Ermənistanı konstruktiv mövqe sərgiləmək üçün İrəvana təzyiq edərdilər. Amma biz bunun əksinə şahidlik edirik. Qərb bölgədə sülhün əldə olunmaması üçün İrəvana təzyiq edir”, - deputat qeyd edib.
O əlavə edib ki, dediklərini sübut etmək üçün İrəvanda səfəri zamanı Azərbaycanı sanksiyalarla hədələyən XİN baçısının və bu ölkənin Ermənistandakı səfirin açıqlamlarına diqqət yetirmək kifayətdir:
“Oktyabrın 31-də kanada parlamentində “Ermənistan və Azərbaycan arasında sərhəd təhlükəsizliyi” mövzusunda müzakirələr təşkil olunub. Müzakirələrdə iştirak edən deputatları bölgədəki vəziyyətlə məlumatlandıran Kanadanın Ermənistandakı səfiri Endryu Törner isə nazirinin çıxışının tam əksini bəyan edərək bildirib ki, belə təzyiq xarakterli müzakirələr və davranışlar bölgədə sülhə xidmət etmir. Sanksiyalar məsələsinə aydınlıq gətirən səfri bildirib ki, heç İrəvanın özündə belə Bakıya sanksiyaların qəbul edilməsini istəmirlər və buna qarşıdırlar. Ermənistanın məqsədi qonşuları ilə sülhün əldə olunmasın nail olmaqdır. Bu birincisi, həmin ölkələrin məsələyə baxışında ziddiyyətli məqamın olduğunu, yəni vahid xarici siyasətin olmadığını göstərir. İkincisi isə İrəvanın Bakı ilə sülh sazişinə mane olmaq üçün edilən təzyiqdir. Bu cür çirnikləndirici vasitələrlə İrəvanı sülhdən yayındırmağa çalışırlar. Bununla da bölgədə öz maraqlarını təmin etməyə çalışırlar.
Bu eyni zamanda Qərb ölkələrinin bəzi dövlətlərin və erməni lobbisinin əlində marionet dövlət olduğunu ortaya qoyur. Həmin ölkələr də milli maraqlarını nəzərə almadan onlara verilən sifarişləri qeyd-şərtsiz icra edirlər. Ancaq bunların heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycanla bu dildə danışmaq nə heç kimə başucalığı gətirib, nə də ki, məqsədinə nail olub. Həmin ölkələr bu metodlardan istifadə edərək keçmişdə istəklərinə nail olmayıblarsa, bundan sonra ümumiyyətlə qeyri-mümkündür. Nəticədə uduzan tərəf özləri olacaq. Bunu özləri də yaxşı dərk edirlər. Odur ki, nə etdiklərini özləri belə bilmirlər. Ona görə də açıqlamaları isterik və ziddiyyətlidir”.