Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 300-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb.
Sabahinfo.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: "Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək".