QHT Qəbələdə tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək  

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi  Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib. 

Bu barədə birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib. 

""Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır. 

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda  yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı  ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda  keçiriləcək görüşlərdə Mədəniyyət və Ədliyyə nazirliyinin  nümayəndələrinin iştirakı ilə aparılması nəzərdə tutulur. Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar da öz əksini tapacaq.  Hazırlanacaq sosial çarx  müasir texnologiyaların imkanlarından istifadə edərək  internet resurslarda və sosial şəbəkələrdə yayımlanacaqdır. 

Keçiriləcək görüşlərdə  əsasən yeni aşkarlanan tarixi mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, o cümlədən  müasir informasiya texnologiyaların imkanlarından istifadə edərək tarixi mədəniyyət abidələrinin təbliği istiqamətində görüləcək işlər haqqında müzakirələr aparılacaqdır.

Sədr ümid edir ki,  layihə çərçivəsində nəzərdə tutulan işləri  vaxtında və layiqincə həyata keçirməklə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agnetliyinin göstərdiyi etimadı doğruldacağıq.