Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısını alınıb

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) əməkdaşları ölkədə kütləvi iğtişaşlar təşkil etmək cəhdinin qarşısını alıblar.

Sabahinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. 

"Təhlükəsizliyin təmin edilməsi, konstitusiya quruluşunun və vətəndaş hüquqlarının qəsd və pozuntulardan qorunması məqsədilə MTN yerli münaqişələr, o cümlədən kütləvi etiraz aksiyaları və iğtişaşlar təşkil etməklə, etnik ədavətin qızışdırılmasına hazırlıq hallarını müəyyən edib və onların qarşısını alıb", - məlumatda bildirilir.

Şöbə iğtişaşların təşkilatçılarının dövlət çevrilişi həyata keçirmək məqsədi güddüyünü qeyd edib.