İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son hesabatına görə, sənaye inqilabından bəri qlobal karbon qazı emissiyalarının 20 faizi ABŞ-ın payına düşür.
1850-ci ildən bəri atmosferə ən azı 2,5 milyard ton karbon qazı buraxılıb ki, bunun da 500 milyard tondan çoxu ABŞ-a məxsusdur.
Hesabata görə, insan fəaliyyəti nəticəsində qlobal istiləşmə son 2 min ildə görünməmiş sürətlə artıb.
Atmosferə karbon emissiyalarının intensivliyi 2019-cu ildə son 2 milyon ilin ən yüksək səviyyəsinə yüksəlib.
Qlobal istiləşməyə səbəb olan metan və azot oksidi qazları da son 800.000 ildə ən yüksək səviyyəyə çatıb.
Sənədə görə, hava çirklənməsində ABŞ-dan sonra ən böyük pay sahibləri Çin, Rusiya, Braziliya və İndoneziyadır.
Qeyd edək ki, hava çirkləndikcə istiləşir. Belə ki, karbon, metan və azot oksidi kimi istixana qazları günəş şüalarının əks olunmasının qarşısını alaraq qlobal istiləşməyə səbəb olur. Bu, da öz növbəsində qeyri-adi iqlim hadisələrinə, təbii fəlakətlərə gətirib çıxarır.(oxu.az)