28 noyabr 2024-cü il tarixdə “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filailının tərəfdaşlığı ilə “Eko təhlükəsizlik və dayanıqlı gələcək naminə gənclərin maarifçilik məktəbi” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında təmiz ətraf mühit və yaşıl enerji mövzularında maarifləndirmə yolu ilə davamlı həyat tərzini təbliğ etməkdən ibarətdir. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filailının prorektoru Aysel Şeydayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, müəllimlər və tələbələr iştirak edib. Həmçinin layihə çərçivəsində “ətraf mühit tullantıları” və “su ehtiyatlarından səmərəli istifadə” mövzusunda hazrlanmış video-çarx təqdim olunub. Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.