“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Qubada “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” adlı layihə çərçivəsində ilk tədbirini keçirib.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzində baş tutan tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə rəhbəri Teymur Nəsirov iştirakçılara ilkin informasiyaları verdikdən sonra layihənin eksperti Şaban Nəsirov çıxış edib.
Ekspert korrupsiya və korrupsiyanın yaratdığı fəsadlar, hökumətin korrupsiyaya qarşı apardığı mübarizədə İctimai Şuraların rolundan danışıb.
Bildirib ki, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olub və bu gün də əksər ölkələrdə aktual problemlərdən biri olaraq qalmaqdadır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya əlverişli biznes mühitinin yaranmasına mane olur. Bu üzdən hər bir dövlət korrupsiyaya qarşı ölkənin spesfik xüsusiyyətlərni nəzərə almaqla mübarizə planı həyata keçrir. Bəzən isə bu proqramların beynəlxalq birliklərlə birlikdə keçrilməsinin daha effektli olmasını nəzərə alıb beynəlxalq təşəbbüslərə qoşulurlar. Açıq Hökumət Tərəfdaşlığı da həmin təşəbbüslərdəndir. Təsadüfü deyil ki, Azərbaycan AHT-nin 2011-ci ilin sentyabr ayında BMT-nin Baş Asambleyasında keçirilən ilk konfransı zamanı bu təşəbbüsə qoşulub.
Şaban Nəsirov həmçinin Prezident tərəfindən 22 Noyabr 2013-cü ildə imzalanan “İctimai iştirakçılıq haqqında” qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını dedi. Qeyd etdi ki, bu Qanun Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Quba rayonu icra hakimyyəti yanında İctimai Şuranın sədri Səfərəliyev Laçın təmsil etdiyi ictimai şuranın rayon ərazisində gördükləri işlər barədə məlumat verib. Həmçinin İctimai Şuraların nüfuzunu artırmaq üçün hər kəndə könüllülük əsasında ictimai şuraların vəkilliynin yaradılmasını təklif edib.
İctimai Şuranın üzvü və resus mərkəzinin rəhbəri Eynulla Xeyrullayev korrupsiyaya qarşı mübarizədə ictimai sektorun aktiv olmasının vacib şərt olduğunu, bunun üçün isə ictimai şuraların təsir dairəsinin artırılmasının vacib olduğunu bildirdi. Sonra isə mövzu ətrafında müzakirələr aparıldı.

Müəllif: Teleqraf.com