İranda ayətullahların heykəl və posterlərinin yandırılması prosesləri davam edir.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu dəfə Qumun “Cümhuriyyət” bulvarında yerləşən İranın ali rəhbəri Əli Xameneinin böyük banneri yandırılıb.
Qeyd edək ki, ötən günlərdə İslam Cümhuriyyətinin qurucusu Ayətullah Ruhullah Xameneinin və digər bir ayətullahın heykəli Qumun “Mərcəiyyət” meydanında xalq tərəfindən yandırılmışdı.