Bir xalqın torpağını əlindən alsalar, yaşayar. Lakin dilini silsələr, həmin xalqın yaşaması mümkünsüz olar.
Sabahinfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışı zamanı deyib.
Rafael Hüseynov qeyd edib ki, Şah İsmayıldan dilimizlə bağlı bizə yadigar qalan fərmanlar var.
"Məhəmməd Füzuli ana dilimizdə "Hədiqətüs-Süəda" əsərini ona görə türkcə yazmışdı ki, bütün prosesləri bizim millətimiz anlasın. 20-ci əsrin əvvələrində Azərbaycan maarifçiləri dilin qorunması istiqamətində ciddi işlər görüb. Nəriman Nərimanov, Üzeyir Hacıbəylinin dilimiz naminə həyata keçirdiyi tədbirlər danılmazdır",- vitse-spiker əlavə edib.
Onun sözlərinə görə, Türkoloji qurultay Azərbaycanın dil mərkəzi kimi elan edilməsi üçün zəmin oldu.