Razı Nurullayev İmişlidə

Deputat seçildiyim İmişli rayonunda növbəti dəfə seçicilərlə görüşlər keçirdim. Şəhərdə və kəndlərdə oldum, insanların gündəlik qayğıları, sosial-məişət problemləri ilə yaxından maraqlandım, onların fikirlərini və təkliflərini dinlədim. Rayon sakinləri ilə həm rəsmi görüşlərdə, həm də gündəlik ünsiyyətdə açıq söhbətlərimiz oldu. Yas məclislərində iştirak etdim, ailələri ziyarət etdim, dərdlərinə şərik oldum. 

Vətəndaşların hər bir müraciəti mənim üçün önəmlidir və qaldırılan məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılması, həlli üçün üzərimə düşəni etməyə davam edəcəyəm.

Razı Nurullayev

Milli Məclisin deputatı