"Real Madrid" xal itirdi - VİDEO

İspaniya La Liqasının XIV turunda “Jirona” “Real Madrid”i qəbul edib.

Sabahinfo.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb. 40-cı dəqiqədə Mbappe fərqlənib. Lakin VAR yoxlanışından sonra onun əllə oynadığı məlum olub və qol ləğv edilib.

Bundan beş dəqiqə sonra Onuahi “Jirona”nı hesabda irəli çıxarıb – 1:0.

Oyunun 61-ci dəqiqəsində “Real” Vinisiusun qolu ilə hesabı bərabərləşdirsə də, ofsayd qeydə alınıb.

Madrid təmsilçisi bərabərliyi 67-ci dəqiqədə Mbappenin penaltidən vurduğu qolla təmin edib.