Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Görüş Ankarada Esenboğa Hava Limanının Böyük Şöhrət Zalında baş tutub.
Qeyd edək ki, Blinken Türkiyədə səfərdədir. O, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb. Onlar jurnalistlərin iştirakı ilə birgə mətbuat konfransı keçiriblər.