Region üçün səmərəli əməkdaşlıq

Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Bunu prezidentlərin qarşılıqlı səfərlərindən, eləcə də davamlı olaraq görüşlərindən, çıxışlarından da görürük. Hər iki ölkənin rəhbərliyi ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etiyini qeyd edirlər. Avqustun 18-19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri də bunu bir daha nümayiş etdirdi. Ümumiyyəylə, Rusiya ilə Azərbaycanın strateji müttəfiqliyi, həmçinin birgə həyata keçirdiyi lahiyələr dövlətlərarası münasibətlərin inkişafı üçün  mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin tarixi əhəmiyyəti var. Prezident İlham Əliyevin bəyanatında bildirdiyi kimi, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Vladimir Putinin səfəri çərçivəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək sənədlər imzalanıb. Bu sənədlər ilə bağlı konkret lahiyələrin həyata keçirilməsi aidiyyəti sahələrin dinamik inkişafında əhəmiyətli rol oynayacaq.

Ümumiyyətlə Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. İki ölkə münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.

 Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır”.
Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır”.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı