Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 15 sentyabr 2024-cü il tarixdən icrasına başlanan “Rəqəmsal Gənc Sahibkar” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.
Layihə çərçivəsində icra planına uyğun olaraq, noyabrın 25-dən noyabrın 28-nə qədər Şəmkir, Qazax və Ağstafa rayonlarında gənclər arasında rəqəmsal sahədə maarifləndirmə ilə bağlı diskusiya xarakterli təlimlər təşkil olunub. Keçirilən tədbirlərdə hər üç rayonun Gənclər və İdman idarələrinin nümayəndələri, rayonlarda fəaliyyət göstərən ali və orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri, həmçinin rayonda aktiv fəaliyyət göstərən gənclər iştirak ediblər.
Hər tədbir zamanır iştirakçıları salamlayan, onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov reallaşdırdıqları fəaliyyətlərin məqsədləri haqqında geniş məlumatları iştirakçılara çatdırıb. Layihə rəhbəri çıxışları zamanı onu da bildirib ki, tədbirlərin başlıca məqsədi region gənclərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, rəqəmsal bacarıqlarını inkişaf etdirərək müasir dövrün yanaşması tələb olunan rəqəmsal bacarıqlarla sahibkarlıq fəaliyyətini birləşdirməkdir. O, eyni zamanda, bu istiqamətdə görülən hər bir yeni layihə gənclərin rəqəmsal bacarıqlarının daha da inkişaf etdirilməsinə dəstək olmaqdan ibarət olduğunu vurğulayıb.
Hər təlimdə geniş məlumatları vermək üçün söz təlimçi-ekspert Fərid Zülfüqara verilirdi. Təlimçi də öz növbəsində, iştirakçılara maarifləndirici tövsiyyələrini verirəndən sonra tədbirlər diskussiya şəklində keçirilib.
Tədbir iştirakçılarına layihə çərçivəsində üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər paylanılıb, gəncləri maraqlanıran suallar cavablandırılb.
Xatırladaq ki, layihə və tədbirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
#AZEyouth #AzərbaycanGəncləri #AZEgrant2024 #birkimibirlikdə