Rəşad Mahmudov seçiciləri ilə görüşdü

Millət vəkili Rəşad Mahmudov 05.04.2025 tarixində Səncərədi kəndində seçicilərlə görüş keçirdi.

Görüş zamanı kənd sakinlərini narahat edən əsas məsələlər – elektrik, qaz və yol problemləri müzakirə olundu. Bəzi məsələlər yerindəcə həll edildi, digərləri isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirildi. Görüşdə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Su və Melorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Habil Manafov da iştirak etmişdir.