İki futbolçu toplanışda iştirak etməyəcək. Azərbaycan milli komandasının bu gündən etibarən fevralın 26-dək Türkiyənin Antalya şəhərində keçirləcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində iki dəyişiklik baş verib.
Belə ki, Rəşad Sadiqov ("Qəbələ”) və Səlahət Ağayev ("İnter”) zədəli olduqları üçün toplanışda iştirak etməyəcəklər.