
H. Hacıyev qeyd edib ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
"Davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Qeyd olunan "Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır”.
Xatırladaq ki, E. Nalbandyan həmsədrlərlə görüşdə rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: "Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar”.