Sabahinfo.az – ın xəbərinə görə, bu barədə "Ria Novosti" agentliyinə adının çəkilməsini istəməyən Avropa Birliyi nümayəndəsi məlumat verib.
"Dağlıq Qarabağ üzrə belə demək olarsa Minsk prosesi mövcuddur. Bu prosesə bizim üzv ölkələrimizdən biri Fransa eləcə də Rusiya və ABŞ rəhbərlik edir. Onlar iki ölkənin prezidentləri və ya xarici işlər nazirlərinin görüşlərini təşkil edirlər. Riqada daha bir prezident və ya xarici işlər nazirlərinin görüşü olacaq. Bu Avropa Birliyinin iştrak etmədiyi nadir proseslərdən biridir”- deyə AB nümayəndəsi bildirib.
Nümayəndə qeyd edib ki, münaqişənin həlli yönündə "format dəyişməyəcək”. "Biz rus, amerikalı və fransalı əməkdaşlarımızın bu yöndə əllərindən gəldiyinini etdiyinə əminik. Lakin təəsüf ki, bu çox çətin prosesdir”- deyə avropalı nümayəndə bildirib.