Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun
sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə Rəsul Cəfərov barəsində 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası seçilib.
Xatırladaq ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il
avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər
üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət
Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə
səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon
Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.Rəsul Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və
313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.