Ronaldodan 35 rekordu

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Şalke"yə qol vurmaqla rekord müəyyənləşdirib.
Belə ki, forvard turnirin pley-off mərhələsində 35 qol vurmaqla bu göstərici üzrə rekorda imza atıb.
30 yaşlı K.Ronaldo Çempionlar Liqasında ümumilikdə "Real"ın heyətində 58 dəfə fərqlənib.