Ukrayna Rusiyanın NATO-nun silah təchizatı marşrutlarına zərbələr endirməsini istisna edə bilməz, lakin Moskva onu da başa düşməlidir ki, bu, alyansın müharibəyə birbaşa cəlb olunması demək olardı.
Sabahinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Defense Express" informasiya və konsaltinq şirkətinin direktoru Sergey Zqurets deyib.
Onun fikrincə, ruslar uzaqmənzilli silahların əldə edilməsi perspektivindən çox narahatdırlar:
"Rusları ən çox maraqlandıran modellərdən danışanda düşünürəm ki, bunlar həqiqətən də 300 km-ə qədər məsafədə təyyarə və helikopterləri, yaxud onların daşıma vasitələrini, logistikasını məhv etməyə qadir olan uzaqmənzilli silahlardır. Bu gün bizim tamamilə çatışmayan cəhətimiz budur. Çünki bu gün bizdə ən böyük zərbə məsafəsi 100-120 kilometrə qədərdir. Bu kifayət deyil. Donbas uğrunda Rusiya ilə müharibənin ikinci mərhələsinə hazırlaşırıqsa, o zaman bu modellərə həqiqətən ehtiyacımız var. İndiyə qədər bizdə çatışmazlıq çoxdur. Ancaq xarici artilleriya, məsələn, artıq döyüş meydanında olan Çexiyadan haubitsalar çatdırılıb. Bunlar sovet modelləri ilə müqayisədə tamamilə effektiv olan haubitsalardır və 152 və 155 millimetrdir. Amerikanın əks batareya radarları da var"